Accessibility links

Nobel Sülh mükafatı laureatı Obamanı Yaxın Şərqdə sülhə nail olmağa çağırır


Nobel Sülh mükafatı laureatı Martti Ahtisaari ABŞ prezidenti seçilmiş Barak Obamanı Yaxın Şərq münaqişəsinin həllini yüksək prioritet etməyə çağırıb. Finlandiyanın keçmiş prezidenti və veteran diplomat bu gün Osloda on illərdir qlobal sülh səylərinə görə 2008-ci il Nobel Sülh mükafatı ona təqdim edilən zaman danışıb. Mükafatı alandan sonra nitq söyləyən cənab Ahtisaari Barak Obamanı prezidentliyinin ilk ili Yaxın Şərq üzrə əhatəli sülh razılığının əldə olunmasına səy göstərməyə çağırıb. O bildirib ki, ABŞ-ın Yaxın Şərq sülh prosesində dördlük üzrə tərəfdaşları olan Avropa Birliyi, Rusiya və BMT də prosesə sadiq qalmalıdır.

30 illik karyerası dövrü Martti Ahtisaari İndoneziyanın Açeh regionu, habelə Kosovo, Namibiya və Şimali İrlandiyada münaqişələrin həlli istiqamətində səy göstərmişdir.

XS
SM
MD
LG