Accessibility links

Barak Obama Səhiyyə nazirinin adını açıqladı


ABŞ-ın növbəti prezidenti keçmiş senator Tom Dəşli rəsmi olaraq səhiyyə və Humanitar Xidmətlər nazir təyin edib. Bu gün Çiqakoda mətbuat konfransında danışan cənab Obama deyib ki, Tom Dəşl Ağ Evin Səhiyyə İslahatı ofisinin də rəhbəri olacaq. Barak Obama bildirib ki, bu iki vəzifədə o, amerikalıların hamısının səhiyyə xidmətlərinin istifadə edə bilməsi üçün yeni planın hazırlanması və həyata keçirilməsi səylərinə rəhbərlik edəcək. O, cənab Dəşlin səhiyyə sahəsində ekspert olduğunu və partiya mənsubiyyətindən asılı olmayaraq insanlarla işləmək bacarığını qeyd edib.

Tom Dəşl 26 ildən artıq Senatda təmsil olunurdu. Bunu 10 ilini o, Senatda əksəriyyətin lideri olub. O, ABŞ-da səhiyyə sistemi haqda kitabın müəllifidir.

XS
SM
MD
LG