Accessibility links

Azərbaycanlı zabit müvəqqəti azadlığa buraxılıb


İrandakı mənbələrin yaydığı xəbərlərə görə, azərbaycanlı fəallardan biri həbsdən azad edilib. “Azad Təbriz” və başqa mənbələr bildirir ki, təxminən bir ay əvvəl həbs edilən Firuz Yusifi müvəqqəti olaraq zaminə buraxılıb. Tehranın Peyme Nur Universitetinin Hüquq fakultəsinin tələbəsi olan Firuz Yusifi həm də İran Ordusununu hərbi zabitidir. “Milli Təhlükəsizliyin pozulmasına cəhd”də ittiham olunan fəal, 50 Milyon Tümən dəyərində girov qoymaqla müvəqqəti azadlığa buraxılıb. 1 ay öncə Ettelaat tərəfindən həbs olunan cənab Yusifi Tehranın “Evin” Həbsxanasının 209 saylı qapalı təcridxanasında saxlanılıb. Onun həbsdə olduğu müddətdə istintaq metodlarına və həbsinə qarşı etiraz əlaməti olaraq aclıq aksiyası keçirdiyi barədə xəbərlər yayılmışdı.
XS
SM
MD
LG