Accessibility links

Yunanıstanda etiraz aksiyaları davam edir


Yunanıstanda nümayişçilər polis tərəfindən yeniyetmənin qətlinə etirazlarını davam etdirərək, Afinada bu gün aksiyalar keçirib. Nümayşlər hadisədən dərhal sonra baş qaldırmış, lakin az keçmədən aksiyalar zorakılıqlarla müşayiət edilmişdi. Dünən ilk gün idi ki, ölkədə heç bir aksiya qeydə alınmamışdı. Bu gün nümayişlərin Baş Polis İdarəsi və parlament binası qarşısında keçiriələcəyinə dair vərəqələr yayılıb. Yunanıstanın müxalifət liderinin bildirdiyinə görə, etirazlar yalnız polisin əməllərinə deyil, ölkənin rəhbərliyi əleyhinə də yönəlib.

XS
SM
MD
LG