Hindistanın müdafiə naziri deyir ki, onun ölkəsi öptən ay Mumbayda baş verən terror hücumlarına görə Pakistana qarşı hərbi əməliyyat planlaşdırmır. A.K. Antoni bu gün bəyan edib ki, terror aktına cavab olaraq müharibə seçim deyil. Müdafiə naziri jurnalistlərin sərhəd boyu qoşun cəmləşməsinə dair suallarını cavablandırarkən bu sözləri dilə gətirib. Antoni həmçinin Hindistianın münaqişəli Kəşmir regionunda atəşkəsi pozmaq məramları haqda dolaşan şaiyələri təkzib edib. Mumbay terror hücumlarını təşkil edən şəxslərin Pakistanda qərargahlanan Ləşkər-e Təibə ilə əlaqəli olduğu güman edilir.