Accessibility links

İraqda generallar həbs edilib


İraq təhlükəsizlik qüvvələri bəzi generallar da daxil olmaqla Daxili İşlər Nazirliyinin 35 əməşdaşını həbs edib. Hökumət mənbələri deyir ki, onlar korrupsiya və ya fəaliyyətinə qadağa qoyulan Səddam Hüseynin Bəəs Partiyasının bərpasına çalışmaqda ittiham olunurlar. Onlar arasında Bəəs partiyasının davamçısı olan “Əl Əvda” və ya Qayıdış partiyalarının üzvüdür. “New York Times” qəzetinin yazdığına görə, “Əl Əvda” üzvləri hökuməti devirməyi planlaşdırırdılar. Ancaq məlumatda habelə deyilir ki, qarşıdan gələn vilayət seçkiləri öncəsi atmosfer gərgindir. “The Times” qəzetinin bildirdiyinə görə, tənqidçilər baş nazir Nuri Əl Malikini hakimiyyəti gücləndirmək üçün bu həbsləri hayata keçirməkdə günahlandırır.

XS
SM
MD
LG