Accessibility links

ABŞ-ın əsgəri qüvvəsi Bəsrədə Britaniya qüvvələrini əvəz edəcək


ABŞ-ın İraqdakı hərbi qüvvələrinin generalı Rey Odierno Amerika qüvvələrinin gələn ilin əvvəlində İraqın cənub bölgələrinə yerləşdiriləcəyini bildirir. Beləliklə 100 nəfər ordu heyəti və əsgəri qüvvə İraqın ikinci böyük şəhəri Bəsrə şəhərində ölkəni tərk edən Britaniya qüvvələrini əvəz edəcək.

Bu arada İraq parlamenti Amerikadan başqa, digər ölkələrin qüvvələrinin ölkədə qalmasına yol verən qanun layihəsini rədd edib. Sənəd gələn ilin iyul ayınadək Britaniya, Avstraliya, Estoniya, Rumıniya və El Salvadorun İraqdakı hərbi mövcudluğuna şərait yarada bilərdi.

Cari ayın sonunda BMT qüvvələrinin missiyası başa çatdıqdan sonra ABŞ qüvvələrinin İraqda qalmasına artıq imzalanmış razılıq imkan verir.

XS
SM
MD
LG