Rusiya müstəntiqləri yenidən iddia edir ki, ABŞ,
Ukrayna və başqa ölkələrdən olan muzdlular avqust ayında Gürcüstan-Rusiya
münaqişəsi zamanı gürcü qoşunları ilə bərabər döyüşüb. Rusiya Baş Prokurorluğunun
təhqiqatlarına rəhbərlik edən Aleksandr Bastrıkin münaqişə zamanı habelə Türkiyə
və Çex Respublikasının əsgərlərinin mövcud olduğunu bildirib. Bastrıkin keçən ay da oxşar ittihamla çıxış
etmiş və münaqişədə Çeçenistan və Baltik dövlətlərinə məxsus döyüşçülərin
iştirak etdiyini demişdi. Adı çəkilən ölkələrin heç biri ittihamlara münasibət
bildirməyib. NATO müntəzəm olaraq Gürcüstanı hərbi treyninqlər və
ləvazimatlarla təchiz edir. Münaqişə baş verməmişdən qısa müddət əvvəl - iyul
ayında Gürcüstan və ABŞ qüvvələri Gürcüstan ərazisində birgə hərbi manevrlər
keçirmişdi. O zaman Azərbaycan, Ukrayna və Ermənistandan olan kiçik kontingent
də manevrlərdə iştirak etmişdi.