Accessibility links

ABŞ-ın müdafiə naziri  Guantanamo  ilə əlaqədar araşdırma aparılmasına göstəriş verib


Yeni administrasiya tərkibində qalacaq ABŞ-ın müdafiə naziri Robert Geyts Guantanamo məhbəsinin bağlanması ilə əlaqədar yeni araşdırma aparılmasına göstəriş verib. Müdafiə nazirliyinin bildirdiyinə görə, prezident seçilmiş Obama nazirdən prezidentlik dönəminin başlanğıcı üçün məsələ ilə əlaqədar hazır olmasını istəyib.

Amerikanın növbəti prezidenti Barak Obama Quantanamo məhbəsinin bağlanmasını istədiyini bildirib. Prezident Buş və müdafiə naziri Geyts də həbsxananın bağlanmasının tərəfdarı olduqlarını deyirlər. Amnesty İnternational kimi insan hüquqları təşkilatları da həbsxananın bağlanmasına çağırır.

Müdafiə Nazirliyi indiyədək 500 məhbusu azad edib. Lakin həbsxanada hələ də 50 məhbus qalır. Onların bəziləri 7 ildən artıqdır ki, oradadır. ABŞ hərbiçiləri bəzi müttəhimlərə qarşı ittiham irəli sürülməsisini onlardan ifadələrin işgəncələr altında alınması və bu ifadələrdən məhkəmələrdə istifadə edilə bilməməsi ilə izah edirlər.

Ekspertlər arasında isə mübahisələr davam edir. Sual növbəti prezident Barak Obamanın Quantanamo məhbəsinin bağlanmasına göstəriş versə, müttəhimlərin taleyi necə olacağındadır. ABŞ rəsmiləri terrorimzdə şübhələnilənlərin qanuni prosedurlardan asılı olmayaraq, ölkəyə gətirilməsinin əleyhinə çıxış edir. Lakin ekspertlər bağlanma göstərişi verilsə, başqa çarə qalmayacağını deyirlər.

Bəzilərinin fikrincə, müttəhimlərin bir hissəsi adi cəzaçəkmə müəssisələrinə yerləşdiriləcək. Digərləri isə hökümətin mübahisəli hərbi komissiyalarını dəstələyir. Bu isə Konqresin təsdiqini tələb edir. Müdafiə naziri yeni qanunun nədən ibarət olduğunu bildirməsə də Konqresi bunun təsdiqinə çağırdığını deyir.

XS
SM
MD
LG