Accessibility links

Əfqanıstanda qiyamçılarla döyüş zamanı Britaniya əsgəri həlak olub


Britaniya hərbçiləri Əfqanıstanın Helmənd vilayətinin mərkəzi Ləşgər Gah şəhəri yaxınlığında Əfqan qiyamçılarla döyüşlər zamanı bir əsgərin həlak olduğunu bildirirlər. 2001-ci ildə Birləşmiş Ştatların Əfqanıstanda Taliban qrupunu hakimiyyətdən devirdikdən bəri təxminən 70 000 beynəlxalq hərbi qüvvə Taliban qiyamçılarına qarşı vuruşur. Çərşənbə günü Əfqan və beynəlxalq hərbi qüvvələr bildirmişdilər ki, Bəqlan vilayətində həyata keçirdikləri reyd zamanı qiyamçıların yüksək rütbəli komandiri Molla Dahud ələ keçirilib. Əfqanıstan və Birləşmiş Ştatların hərbi qüvvələrinin birgə bəyanatında qeyd edilib ki, Molla Dahudun keçən oktyabrda Baqlana qarşı və 2007-ci ildə 50-dən çox adamın ölümü ilə nəticələnən hücumlarda əli olduğuna dair şübhələr var.

XS
SM
MD
LG