Accessibility links

Mikloş Haraşti: `Bu, qanundan daha çox etika məsələsidir`


Media azadlığı üzrə beynəlxalq ekspertlər Azərbaycanda gələn ilin mart ayında elan olunmuş referendumda söz azadlığı ilə əlaqədar Konstitusiyaya təklif edilən dəyişiklikləri ciddi təhlil edirlər.

Bu dəyişikliklər arasında ən mübahisəlisi - şəxsin iradəsi əleyhinə onun video, audio və foto çəkilişlərinin qadağan edilməsidir.

“Amerikanın səsi”nin əməkdaşı Ələkbər Raufoğlu bu sahədə beynəlxalq təcrübəni və mümkün dəyişiklliyə reaksiyanı öyrənmək üçün ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraşti ilə əlaqə saxlayıb.

Cənab Haraşti deyib ki, kiminsə şəklini, görüntüsünü çəkmək və ya səsini yazmaq üçün əvvəlcə ondan icazə alıb-almamağın lüzumluluğu barədə Avropa təcrübəsi daha çox jurnalistlərin xeyrinədir.

Onun sözlərinə görə, əslində bu, nə qədər hüquqi məsələ olsa da, media nümayəndələri üçün daha çox etik və professionallıq problemidir. Çünki, məsələn ictimai əhəmiyyətli tədbirlərdə - mitinqdə, yaxud da başqa ictimai yerdə kiminsə çıxışını yazanda ya da şəkil çəkəndə, xüsusi icazə istəmək bir qədər gülünc görünür. Eyni zamanda bunu tələb etmək medianın sərbəst fəaliyyətinə məhduduyyət kimi anlaşıla bilər.

Amma bu o demək deyil ki jurnalistlər istimai tələbat olmadan kiminsə özəl hesab etdiyi məlumatları əldə edib yayımlaya bilər. Ümimyyətlə, cənab Haraşti deyir ki, oturuşmuş Avropa təcrübəsi bu problemi uzun illər əvvəl həll edib.

Azərbaycanda isə indi –daha doğrusu 3 aydan sonra keçiriləcək referendumda şəxsin iradəsi əleyhinə onun video, audio və foto çəkilişlərinin qadağan edilməsi barəcə Konstitusiya məhdudiyyətinin tətbiqi nəzərdə tutulur.

Cənab Haraşti xatırladır ki, başqa post sovet ölkələrində də hakimiyyətdəkilər bu məsələni qanunla tənzimləməyə cəhd göstəriblər, lakin sonradan bu, tənzimləmədən daha çox söz azadlığının qanunla boğulması xarakteri alıb:

“Avropada jurnalistikanın praktiki təcrübəsinə görə jurnalistin müsahibə götürdüyü adamdan əvvəlcə icazə alması əslində etika məsələsidir. Xususilə də əgər bu müsahibə hansısa xəbərin hazırlanması üçün lazımdırsa”.

Cənab Haraşti deyir ki, əgər hər hansı məsələ, cəmiyyətin bilmək hüququna aiddirsə, yəni hansısa ictimai-siyasi fiqurun əməlində cəmiyyətin maraqlarına toxunan hallar varsa, qanunu pozmaqla olsa da jurnalistin onu yazıb yayması etik pozuntu hesab edilmir.

Şərq ölkələrində isə təcrübə belədir ki, cəmiyyətin bilmək marağı üstün olanda jurnalistlər həbsə atılmaları hesabına olsa da, kiminsə şəklini, videosunu çəkir və ya səsini yazırlar.

Cənab Haraşti deyib ki, məsələnin mahiyyəti Azərbaycanın ATƏT qarşısında öhdəlikləridir. Ölkədə plüralizmi sıxışdırmamaq və əksinə, onu daha da artırmaq, müdafiə və inkişaf etdirmək ATƏT qarşısındakı ciddi öhədliklərdəndir.

ATƏT nümayəndəsi qümid edir ki, Konstitusiyaya dəyişikliklər baş tutsa belə, bu sonradan mediaya qarşı təzyiqlər üçün skepulyasiya predmeti olmayacaq.

Cənab Haraşti sonra bir daha Azərbaycan hakimiyyətini ölkədə diffamasiya haqqında qanunun qəbulu ilə bağlı işləri sürətləndirməyə və bu məsələni cinayət məcəlləsindən çıxarmağa çağırıb.

XS
SM
MD
LG