Accessibility links

Pakistan Hindistanı dialoqa çağırır


Pakistanın xarici işlər naziri Şah Mahmud Qureşi Hindistanı sərhəd bölgələrdə yerləşdirdiyi qoşunlarının fəaliyyətini dayandırmağa və iki nüvə dövləti arasında mövcud olan gərginliklərin azaldılması üçün dialoq yaradılmasına çağırıb. Bu gün milli televiziya ilə çıxış edən nazir deyib ki, qüvvələrin sülh mövqeyinə gətirilməsi pozitiv addım olardı. Hindistan isə qüvvələrin fəallaşdırıldığını inkar etsə də, onların sərhəd bölgələrdən geri çəkiləcəyinə dair heç bir məlumat vermir. Pakistanın xarici işlər naziri Şah Mahmud Qureşi bir daha keçən ay Mumbay terror hücümları ilə əlaqədar Hindistanla istintaq əməkdaşlığı vədinə əməl ediləcəyini bildirib. Hindistan hücumlara görə Pakistanda yerləşən Ləşkər-e Təibə qruplaşmasının məsuliyyət daşıdığını bildirir.

XS
SM
MD
LG