Accessibility links

Qəzzaya hücumlar 4-cü gündür davam edir


Qəzza zolağında Həmas yaraqlı qrupunu hədəf alan hava hücumları 4-cü gündür davam edən vaxt İsrail rəsmiləri bu qrupla atəşkəs elan etməkdə maraqlı olmadığını bildirib. Qəzzadakı hüquq-mühafizəçiləri deyir ki, bu gün İsrailin hücumları nəticəsində 2 gənc qız daxil olmaqla 10 nəfər həlak olub. Hava zərbələri Həmas hökumətinin 5 binası ilə yanaşı İslam Universitetinin binasını da dağıdıb. Mümkün quru hücumuna hazırlıq üçün İsrail qoşunları, tanklar və zirehli hərbi maşınlar İsrail-Qəzza sərhədinə yerləşdirilib. Fələstinli rəsmilərin sözlərinə görə, şənbə günündən bəri çoxu Həmas yaraqlısı olmaqla 350-dən artıq insan həlak olub, BMT-nin Qəzzadakı yardım agentliyi bildirir ki, ölənlər arasında 57 nəfər mülki vətəndaş da var.
XS
SM
MD
LG