Accessibility links

Rusiya Ukraynaya qaz təchizatını dayandırdı



Rusiya bu gündən Ukraynaya qaz təchizatını dayandırıb. Moskva bu qərarı Ukraynanın əvvəllər aldığı qazın haqqını ödəməməsi və qiymət mübahisəsi ilə izah edir.

Bununla yanaşı, Rusiyanın dövlət nəzarətində olan inhisarçı şirkəti - Qazprom-un sözçüsü Sergey Kupriyanov deyib ki, əsas məsələ qazın qiymətində deyil, sadəcə olaraq Moskvada bu məsələ ilə bağlı danışıq aparan Ukrayna nümayəndə heyətinin birgə anlaşmanı imzalamaq üçün mandatı yoxdur.

Ukrayna prezidenti Viktor Yuşşenko bu gün bildirib ki, o, yanvarın 7-də keçiriləcək birgə müzakirələrdə nəticə əldə olunacağını gözləyir.

XS
SM
MD
LG