Accessibility links

Qəzzada Həmasın bir lideri öldürülüb


İsrailin Qəzza zolağına hücumu artıq 6-cı gündür davam edir. Bugünkü hücumlar zamanı hökumət binaları dağılıb və Həmasın bir lideri həlak olub. Həmas deyir ki, Nizar Rayyan Qəzzanın şimalında Cabaliyyə qaçqın düşərgəsindəki evində olan zaman hava hücumu nəticəsində öldürülüb. Onun Həmasın ordu qanadı ilə yaxın əlaqələri var idi və İsrailə qarşı intiharçı hücumlarında istifadənin tərəfdarı idi. Davam edən münaqiəşədə Nizarın İsrailin hədəf aldığı ilk Həmas lideri olduğu ehtimal edilir. Fələstindən olan mənbələr bildirir ki, hücum zamanı Nizarin ailə üzvləri də daxil olmaqla azı başqa 6 nəfər də həlak olub.

XS
SM
MD
LG