Accessibility links

ABŞ-da istehsal azalıb


Qlobal iqtisadi tənəzzül fonunda dünyanın ən iri iqtisadiyyatının zavodları son 3 onillikdə ilk dəfə olaraq daha az məhsul istehsal etməyə başlayıblar. Özəl araşdırma şirkəti aşkar edib ki, ABŞ-da istehsalın səviyyəsi 1980-ci ildən bəri görünməmiş həddə enib. Bu rəqəmlər əksər iqtisadçıların gözlədiyindən pisdir və başqa tədqiqatlar Çin və Hindistanda da oxşar proseslərin cərəyan etdiyini göstərir. Bu gün açıqlanan hesabatda deyirlir ki, Çin texnoloji tənəzzüllə qarşılaşır. Asiyanın 3-cü ən iri iqtisadiyyatına malik olan Hindistanda da zavodlar iş yerlərini ixtisara salır ki, bu, artıq mərkəzi bankı sələm faizlərini endirməyə məcbur edib. Rəsmilər iqtisadiyyatı dirçəltmək üçün ikinci stimul paketini ictimaiyyətə təqdim ediblər. Bu arada neft qiyməltəri düşməkdə davam edir. Nyu York bazarlarında neftin barrelinin qiyməti 41 dollara enib.
XS
SM
MD
LG