Accessibility links

Pakistan Məhəmməd Yasiri yenidən ələ keçirib


Pakistan təhlükəsizlik rəsmiləri deyir ki, onlar Əfqanıstan hökumətinin 2007-ci ildə azad etdiyi Talibanın sabiq yüksək səviyyəli nümayəndəsini həbs edib. O, 2007-ci ildə italiyalı jurnalistlə dəyişdirilmişdi. Rəsmilər bu gün bildirib ki, Taliban lideri Molla Ömərin sabiq sözçüsü olan Ustad Məhəmməd Yasir Əfqanıstanla sərhəddəki Peşəvər vilayətində həbs edilib. Həbsin necə baş veridyi açıqlanmayıb. Yasir 2001-ci ildə ABŞ-ın Əfqanıstana müdaxiləsindən sonra Ömərin sözçüsü kimi fəaliyyət göstərib. Pakistan ilk dəfə onu 2005-ci ildə həbs etmiş və Əfqanıstana təhvil vermişdi. Ancaq o və daha 4 nəfər Talibanın ələ keçirdiyi italiyalı jurnalistin sərbərt buraxılması müqabilində azadlığa çıxmışdılar. Bu gün baş verən digər bir hadisə zamanı 2 əsgər həlak olub, azı 3 nəfər isə yaralanıb. Bomba partlayışı Bəlucistan vilayətində həyata keçirilib.
XS
SM
MD
LG