Accessibility links

Barak Obama iqtisadi planın Konqresdə tez qəbuluna çalışır


ABŞ prezidenti seçilmiş Barak Obama Konqresdəki liderləri üç milyon iş yerinin açılması üçün nəzərdə tutulmuş iqtisadi bərpa planını tez zamanda qəbul etməyə çağırıb. Bu gün həftəlik radio müraciətində cənab Obama deyib ki, bir çox ailələr artan borclara görə qeyri-müəyyənlik qarşısındadır.

Amerikanın növbəti prezidenti deyib ki, o, iqtisadi planı müzakirə etmək üçün gələn həftə Vaşinqtonda demokrat və respublikaçı qanunvericilərlə görüşəcək. Konqres həftənin çərşənbə axşamı günü yeni ildə birinci sessiyasına başlayır.

Cənab Obama və onun ailəsi yanvar ayının 20-də inqaurasiyaya hazırlıqlar gedən zaman bazar günü Vaşinqtona gəlir.

Respublikaçılar arasında cənab Obamanın iqtisadi planı ilə bağlı narahatlıqlar mövcuddur. Planın 775 milyard dollara başa gələ biləcəyi bildirilir

XS
SM
MD
LG