Accessibility links

Rusiya AB-ni qaz boru xəttinə nəzarət etməyə çağırır


Kiyevi qaz oğurluğunda ittiham edəndən sonra Rusiyanın Qazprom şirkəti Avropa Birliyindən Ukrayna ərazisindən keçən qaz boru kəmərinə nəzarət etməyi xahiş edib. Müraciət bu gün Moskvada ünvanlanıb. Rəsmi Moskva habelə Ukraynanın Qərb ölkələri üçün nəzərdə tutulmuş 25 milyon kub metr qazı oğurlamaqda ittiham edib. Ukraynanın Naftoqaz şirkəti iddiaları rədd edərək bildirib ki, Moskva şaxtalı qış temperaturu ilə üzləşən Avropa ölkələrinə nəql edilən qazın miqdarını azaldıb. Bu gwn Naftoqaz rəsmiləri bu iddianı dəfələrlə təkrar edib. Qaz ehtiyatının 20 faizini Ukraynadan keçən boru kəməri vasitəsilə əldə edən Avropa Birliyi mövcud transit kontraktlarına əməl olunmasını tələb edir. Hazırda Birliyin rotasiyalı prezidenti olan Çex Respublikası isə hələlik mübahisəyə birbaşa münasibət bildirməkdən boyun qaçırır.

Qiymət ətrafında uzun mübahisədən sonra Rusiya yanvarın 1-dən Ukraynaya qazın nəqlini dayandırıb. Buna baxmayaraq, Qazprom Ukrayna vasitəsilə Avropa ölkələrinə qazın nəqlini davam etdirir.
XS
SM
MD
LG