Accessibility links

Andres Herkel: `Radioların məsələsini AŞPA-da qaldıracağam`


Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel “Amerikanın səsi”nə bildirib ki, o, Azərbaycanda xarici radioların yayına qoyulmuş qadağanı Assamleyanın bu ay Strasburqda keçiriləcək qış sessiyasında qaldıracaq.

Sessiya yanvarın üçüncü ongünlüyündə baş tutacaq.

Baxmayaraq ki, cənab Herkelin dediyinə görə, Assabmleyanın gündəliyində Azərbaycanla bağlı heç bir müddəa yoxdur.

“Lakin mən əminəm ki, bu məsələ hüquqi müstəvini aşaraq, ümumilikdə insan haqları və söz azadlığı ilə əlaqədar problemin göstəricisidir. Bütün hallarda mən radioların məsələsini AŞPA-nın sessiyasında qaldıracağam. Avropa Şurasının bu qərara münasibəti məlumdur. Sadəcə olaraq mən ümid edirəm ki, bundan sonrakı müddətdə hadisələrin gedişi barədə məlumat vermək imkanına malik olacağam”, - deyə məruzəçi vurğulayıb.

Cənab Herkel onu da deyib ki, Assambleyanın sessiyasından sonra AŞPA Monitorinq Qrupunun üzvləri radiolarla bağlı məsələni daha detallı şəkildə müzakirə etmək üçün Bakıya gedəcəklər.

XS
SM
MD
LG