Çinin rəsmi
Şinhua xəbər agentliyinin jurnalında sərt idarə olunan ölkədə artan etiraz
aksiyalarına dair nadir yazı dərc olunub.
“Baxış” məcmuəsində nəşr edilən və qeyri-adi bədbin tonu ilə fərqlənən
yazıda xəbərdarlıq edilir ki, qlobal maliyyə böhranı Çində ictimai qəzəbə səbəb
ola bilər. Bu tendensiya özünü ələlxüsus
işsiz miqrantlar və tələbələr arsında büruzə verə bilər. Jurnalın hesabatı Çində sosial etiraz
dalğaları haqda reportajlar hazırlayan jurnalistlərin çoxlu sayda
müsahibələrinə əsaslanır. Hökumət
bunları “kütləvi insident” adlandırır.
Yazının müəllifi Huanq Huo deyir ki, 2009-cu il ərzində Çin cəmiyyətində
ciddi təlatümlər yaşanacaq ki, bu da Kommunist partiyasının idarəçiliyini sınaq
qarşısına qoyacaq.