Accessibility links

Qəzzada döyüşlər yenidən başladı


İsrail ordusu müvəqqəti olaraq Qəzza Zolağındakı hədəflərə hücumları dayandıraraq əraziyə humanitar yardım daxil olmasına icazə vermişdi.Rəsmi Tel Əviv bu gün 3 saat müddətində hücumları dayandıracağını bəyan etmiş və qəzzalıların ərzaq məhsulları əldə etməsinə imkan yaratmışdı.Hamas da həmçinin İsrailə 3 saat ərzində raket atmayacağını demişdi. Lakin atəşkəs razılığının vaxtı sona çatdıqdan sonra İsrail Həmasa qarşı əməliyyatlarını bərpa edib. Son günlər Qəzzada ərzaq, su və dərman çatışmazlığı ilə bağlı narahatlıqlar artmaqdadır. Həmas militantlarına qarşı 12 günlük əməliyyatlar və bu hücumun doğurduğu humanitar böhrana görə israil byenəlxalq ictimaiyyətin təzyiqləri ilə üzləşir.

İsrailin təhlükəsizlik kabineti bu gün ordu qüvvələrinin Qəzza şəhərinə daxil olub- olmamasını müzakirə edəcək. Bu arada, İsrail qüvvələri gecə yarıdan Həmasın 40 hədəfinə artilleriya və hava zərbələri endirib. Qəzza rəsmiləri son hücumlar nəticəsində 8 adamın öldüyünü xəbər verir. Həmas raketləri də İsrailin cənubuna dəyib. Lakin xəsarət barədə məlumat verilmir.

XS
SM
MD
LG