Azərbaycan hökumətinin xarici radiostansiyaların
milli tezliklərədə yayımına qadağa qoyması beynəlxalq ictimiayyət tərəfindən
narahatlıqla qarşılanır. Bir çox
müşahidəçilər bunu mətbuat azadlığına həmlə kimi qiymətləndirir.
Avropa Hərəkatının Azərbaycan üzrə Hazırlıq Komitəsi açıqladığı bəyanatda rəsmi Bakının qərarını sərt tənqid edib. “Müstəqil mətbuata bu cür bolşeviksayağı münasibət XXI əsrdə yolverilməzdir. Belə qərarla hakimiyyət əslində müstəqil mətbuata olan real münasibətini nümayiş etdirmiş olub. Milli Tetleradio Şurasının qərarı vətəndaşların müstəqil mənbələrdən obyektiv məlumat almaq hüququnun kobud şəkildə pozulması kimi qiymətləndirilir. Bu qərar müstəqil mətbuata dözümsüz münasibətin nümunəsi kimi başa düşülür və ümid edirik ki, tezliklə bu cür qeri demokratik populyar olmayan problem öz müsbət həllini tapacaq.”
Hərəkatın bəyanatına ölkə daxilində bir sıra başqa sivil cəmiyyət qurumlrı və müxalifət partiyaları da qoşulub. Azərbaycanın aparıcı müxalifət partiyalarından olan Müsavat partiyasının divanında hökumətin xarici radiostansiyalarla bağlı qərarı pislənilib. Toplantıda rəsmi Bakının “Azadlıq”, “Amerikanın səsi”, BBC radiostansiyalarının milli tezliklərdə Azərbaycana yayımının dayandırılması qərarı da müzakirə edilib və bu addım mətbuat azadlığına aqressiv münasibət, azad söz imkanlarının son dərəcə məhdudlaşdırılması kimi dəyərləndirilib. “Azadlıq”, “Amerikanın səsi” və BBC radiostansiyalarının Azərbaycan milli tezliklərində yayımlarının dayandırılması hakimiyyətin azad söz və mətbuata qarşı növbəti qəsdidir ” Bu cümlə isə adı çəkilən radioların ölkəyə yayımının dayandırılmasına etiraz olaraq Milli İstiqlal Partiyasının (MİP) yaydığı bəyanatdandır.
New York Times-da Azərbaycan hökumətinin xarici radiostansiyaları bağlaması işıqlandırılır. Azərbaycan prezident idarəsinin rəsmisi Əli Həsənov qəzetə şərhində radioların milli tezliklərdən başqa vasitələrdə yayımlana biləcəyini deyib. Bu sıraya qısa dalğa, peyk və kabel daxildir. Lakin “Azadlıq” radiosunun rəhbərliyi israr edir ki, FM dalğası əksər Azərbaycan vətəndaşlarının çıxışı olan media vasitəsidir, və Azərbaycan hökuməti son qadağası ilə auditoriyanın 90 faizini kəsir. Radionun prezidenti Cefri Gedminin sözlərinə görə son dəyişiklik Azərbaycanlıların azad və müstəqil mediaya çıxışını əlindən alır. Cənab Gedmin Azərbaycan hökumətinin bu hərəkətini ümumilikdə regionda cərəyan edən tendensiyanın tərkib hissəsi kimi görür. Onun sözlərinə görə oxşar addımlar Qırğızıstanda və Özbəkistanda da atılıb. Yerli hökumətlər qanunlardan bəhanə kimi istifadə edərək müstəqil media mənbələrini susdurmağa çalışırlar.
İndiyədək ABŞ-la münasibətləri korlamaqdan ehtiyat edən Azərbaycan hökuməti “Azadlıq” radiosuna çox təzyiq göstərmirdi. Lakin Dekabrın 30-da hökumətin qəbul etdiyi qərar Amerika hökumətinin bu yönümdə göstərdiyi səylərin bir nəticə vermədiyinə dəlalət edir.