Türkiyə mətbuatının
bildirdiyinə görə, hökuməti devirmək ittihamı
ilə bağlı genişləşməkdə olan təhqiqat la bağlı daha 30 nəfər həbs
edilib. Anadolu xəbər agentliyi bildirir ki, polis həbsləri bu gün bütün ölkədə
keçirilən reyd zamanı aparıb. Həbs edilənlər arasında ehtiyatda olan yüksək
səviyyəli ordu zabitləri, ehtiyatda olan polis rəisi və dünyəvi bir yazıçı var.
Oktyabr ayında prokurorlar ultra-millətçi təşkilat olan Ergenekona dair
təhqiqatla bağlı 86 nəfəri ittiham
etmişlər. Onlar arasında sabiq ordu rəsmiləri, solçu siyasətçilər və
jurnalistlər olub. İttihamçı tərəf onları sui-qəsdlər və bomba partlayışları
həyata keçirməklə, Türkiyədə qarışıqlıq yaratmağa cəhddə günahlandırıblar.
İddiaya görə, qarışıqlıq yaranandan sonra ordu irəli keçməli və iqtidarda olan islam-təmayüllü
hökuməti devirməli idi.