Accessibility links

Barak Obama: `Ölkə iqtisadiyyatını stimullaşdırmaq üçün hökumət daha təsirli fəaliyyət göstərməlidir`


ABŞ-ın növbəti prezidenti Barak Obama deyib ki, ölkə iqtisadiyyatını stimullaşdırmaq üçün xərclər və büdcə kəsirinin artması ilə bağlı narahatlıqlar arasında tarazlıq yaradılmalıdır. Onun sözlərinə görə, bunu etmək üçün hökumət daha təsirli şəkildə fəaliyyət göstərməlidir. Bunu nəzərə alaraq, cənab Obama bu işlərin yerinə yetirilməsinin nəzarətini Maliyyə Nazirliyinin keçmiş rəsmisi Nensi Killeferə tapışırıb. Xanım Killefer hökumətin bütün proqramlarını diqqətlə nəzərdən keçirib, işə yaramayanları ləğv edəcək. Cənab Obama bu açıqlamaları Konqreslə işləyən iqtisadiyyat məsələləri üzrə ekspertlərlə görüşdən sonra verib.

XS
SM
MD
LG