Accessibility links

Fransada yaşayan tanınmış azərbaycanlı alim vəfat edib


Fransada yaşayan azərbaycanlı alim İren Melikof uzun sürən xəstəlikdən sonra bu həftə 91 yaşında vəfat etmişdir. Strasburq universitetində türk və İran problemləri ilə məşğul olan İren xanım Azərbaycan diaspor təşkilatları ilə çox yaxın əlaqələrə malik idi.

İren Melikof 1917-ci ildə Sank Peterburq şəhərində anadan olmuşdur. İren Melikof Sorbonna universitetinin şərq dilləri fakültəsini bitirmişdir.O, Strasburq universitetində Türkologiya və İran Tədqiqtları institutuna rəhbərlik edib, Turcica jurnalının yaradıcılarından biri olub.

İren xanım Türkologiya və şərqşünaslıq sahələrində bir sıra əsərlərin müəllifi kimi tanınır. İren Melikofun tanınmış kitabları arasında “Melik Danişmend”, “Türk sufizminin izində” və “Əfsanədən gerçəyə Jacı Bektaş və Kırklar Sofrası” nı göstərmək olar. Türkoloq alim bir sıra yüksək mükafatların laureatı olmuş, Bakı Dövlət universitetinin fəxri doktoru adını almışdır.

XS
SM
MD
LG