Accessibility links

Gürcüstan Ermənistana müvəqqəti olaraq qazın nəqlini dayandırıb


Gürcüstan rəsmiləri deyir ki, texniki problemlər onları 5 gündür Rusiyanın Ermənistana göndərdiyi qazın nəqlini dayandırmağa məcbur edib. Gürcüstanın enerji naziri Aleksandr Xetaqurinin sözlərinə görə, Gürcüstanın şərqindəki əsas boru kəməri sıradan çıxıb. O, hadisənin necə baş verdiyini açıqlamasa da, televiziyada yayımlanan videosujetdə kəmərdən yanan qazın çıxdığı göstərilib. Nazirin sözlərinə görə, boru xəttinin bərpası təxminən 5 gün çəkə bilər. Təmir işləri zamanı qazın nəqli dayanacaq. Rusiyanın dövlət nəzarətində olan Qazprom şirkəti vəziyyətlə bağlı narahatlığını bildirib və problemin həlli ilə bağlı öz köməyini təklif edib. Ermənistan tərəfi isə ölkənin ehtiyaclarını ödəyəcək kifayət qədər qaz ehtiyatına malik olduğunu bəyan edib.

XS
SM
MD
LG