Accessibility links

ABŞ və Gürcüstan strateji əməkdaşlığa dair sənəd imzaladılar


ABŞ Dövlət katibi Kondoliza Rays Amerikanın Gürcüstanın ərazi bütövlüyü və Avro-atlantik məkana inteqrasiya istəyinə dəstəyini bir daha ifadə edib. Xanım Rays bu açıqlamaları bu gün Gürcütanın Xarici İşlər naziri Qriqol Vaşadze ilə strateji tərəfdaşlığa dair sənədin imzalanması mərasimində verib. Sənəd iki ölkə arasında təhlükəsizlik, demokratiya quruculuğu və iqtisadi islahatlar sahələrində daha yaxın əlaqələrin şərtlərini müəyyənləşdirir. Dövlət Departamentindəki mərasimdə danışan Vaşadze bunu Gürcüstan üçün tarixi gün adlandırıb. O deyib ki, bu sənəd onun ölkəsinin qərbin mədəni ölkələri sırasına qayıtması və son nəhayətdə NATO-ya üzvülüyü məqsədinə çatması üçün ilk addımdır. Vaşadzenin sözlərinə görə, sənəd təkcə üstünlüklər deyil, həm də Gürcüstanın daha açıq və daha demokratik ölkə olması kimi öhdəlikləri də qarşıya qoyur.

XS
SM
MD
LG