Accessibility links

Baş nazir Olmert İsralin Qəzzada kampaniyanı davam etdirəcəyini deyib


İsrailin baş naziri Ehud Olmert bildirib ki, İsrail silahlı qüvvələri Qəzzada öz məqsədlərinə nail olur, lakin ordunun əməliyyatları Həmas raket hücumlarını dayandırana qədər davam edəcək. Cənab Olmert bu gün kabinetin iclasında deyib ki, İsrail üçün indi dayanmaq qarşıda müvəffəqiyyət göründüyü halda, boş yerə səy göstərmək demək olardı. Qəzzada səhiyyə rəsmiləri İsrail 16 gün bundan əvvəl hücumlara başlayadan 850 fələstinlinin həlak olduğunu bildirirlər. Şahidlərin verdiyi məlumata görə, İsrailin tankları və hərbi təyyarələri bu gün Qəzza şəhərinin ətraflarını bombardman edib, Həmas yaraqlıları isə tanklara qarşı raketlər atıblar. Bu gün Qəzzada döyüşlər nəticəsində bir neçə fələstinli həlak olub. Həmas və İsrail beynəlxalq ictimiayyətin Qəzzada atəşkəs çağırışlarını əhəmiyyətsiz qoymağa davam edir.

XS
SM
MD
LG