Accessibility links

Mosul İraqda zorakılıqların ən çox baş verdiyi şəhərdir


İraq polisinin bildirdiyinə görə, bu gün Mosul şəhərinin şimalında baş verən intiharçı hücumu iki nəfərin ölümünə, digər iki nəfərin isə yaralanmasına səbəb olub. Rəsmilər maşındakı intiharçının bombanı İraq hərbi qüvvələrinin yoxlanış məntəqəsi yaxınlığında partlatdığını deyirlər. Birləşmiş Ştatlar hərbi qüvvələri Mosulun Əl-Qaidə yaraqlılarının nəzarətini əllərində saxladığı sonuncu şəhər olduğunu deyirlər. Bununla yanaşı müxtəlif etnik və dini qruplardan ibarət olan bu şəhər ölkədə həyata keçirilən zorakılıqların ən çox baş verdiyi şəhər sayılır.

XS
SM
MD
LG