Accessibility links

Deyvid Petreus Türkmənistandadır


Bu gün ABŞ Mərkəzi Komandanlığının rəhbəri təhlükəsizlik əməkdaşlığının artırılması məsələsini müzakirə etmək üçün Türkmənistana gəlib. General Deyvid Petreusun prezident Qurbanqulu Berdimuhammedovla görəşəcəyi gözlənilir. General həftənin əvvəlində Qazaxıstana baş çəkmişdi. O, Əfqanıstandakı NATO qüvvələrinə təchizat çatdırılması üçün Mərkəzi Asiyadan tranzit kimi istifadə edilməsi barədə danışıqlar aparmaq məqsədilə region ölkələrinə səfərini davam etdirir. Keçən həftə Deyvid Petreus Vaşinqtonda jurnalistlərə bildirib ki, ordu diqqətini şimaldan təchizat marşrutunun açılmasına yönəldib.
XS
SM
MD
LG