Accessibility links

Prezident Buş sonuncu radio müraciətini etdi


ABŞ Prezident Corc Buş prezident qismində xalqa son radio müraciətində ölkəni düşmən hücumlarına qarşı sayıq olmağa çağırıb. Cənab Buş bildirib ki, Amerikanın təhlükəsizliyinə ən böyük hədə hələ də terror hücumudur və xəbərdarlıq edib ki, Amerikanın düşmənləri səbirli və qətiyyətlidirlər. Vəzifəsini tərk etməkdə olan prezident ABŞ-ın heç zaman öz sayıqlığını itirməməsinə səsləyib. Cənab Buş habelə gələn həftə hakimiyyətə gələcək Barak Obamaya xoş arzular diləyib.
XS
SM
MD
LG