Accessibility links

Barak Obama bu gün inaqurasiya şənliklərində iştirak edir


ABŞ-ın növbəti prezidenti Barak Obama bu gün inaqurasiya tədbirlərində iştirak edir. Linkoln memorialı qarşısında keçiriləcək "Biz vahidik" adlanan konsert proqramına gələcək birinci xanım Mişel Obama da qatılır. Beyonse, Bono, Brus Sprinstin,Stiv Uonder kimi məşhur müğənnilərin iştirak edəcəyi konsertdə kino ulduzları Tom Henks, Denzel Vaşinqton və əyləncə sənayesinin digər dünya şöhrətli təmsilçiləri olacaq. Şənliklər sırasında bir neçə idman tədbirləri də yer alır. Bu gün aktyorlar, siyasətçilər, senatorların çıxışları səslənəcək. Cennifer Lopez və Mark Antoni Latino Galasında iştirak edəcək.

XS
SM
MD
LG