Accessibility links

Rusiya və Ukrayna qaz qarşıdurmasının həll edildiyini bildirir


Rusiya və Ukrayna iki həftəyə yaxın Avropanı qazdan məhrum edən qarşıdurmanın həll edildiyini bildirir. Sabah hər iki ölkənin baş nazirləri qaz təchizatı və tranzit razılığını nəzərdən keçirməlidir. Sənədin imzalanmasından dərhal sonra qaz təminatı bərpa edilməlidir. Rusiyanın baş naziri Vladimir Putin bu gün səhər ukraynalı həmkarı Yuliya Timoşenko ilə müzakirələrdən sonra bu barədə açıqlama verib. Ekspertlər isə milyonla avropalı istehlakçı və sənaye obyektlərinin qazla təchizatının bir neçə gün aparacağını deyirlər. Razılıq imzalandıqdan dərhal sonra təminat bərpa edilsə belə boru xətlərində qaz təzyiqinin normal həddə çatması heç olmasa bir gün tələb edir. Avropa təbbi qazı, 25 faizi Ukrayna ərazisindən keçməklə Rusiyadan alır.

XS
SM
MD
LG