NATO rəsmiləri bildirirlər ki, Əfqanıstanın cənubunda yaraqlılarla atışmalar zamanı bir əsgər həlak olub. Rəsmilər əsgərin milliyyətivə hadisə barədə təfərrüatlı məlumat verməyiblər. Dünəniki intiharçının hücumu nəticəsində 8 nəfər həlak olub və 28 nəfər xəsarət alıb. Əfqan rəsmiləri bildirirlər ki,hücumlar Kabilin mərkəzində yerləşən hərbi baza və Almaniya səfirliyi yaxınlığında baş verib. Nəticədə 4 əfqan mülki vətəndaşı həlak olub,19 mülki vətəndaşı və 6 Amerika əsgəri isə yaralanıb . Bundan bir neçə saat sonra Nəngərhar vilayətində intiharçının NATO-nun maşın karvanına hücumu nəticəsindəbir əfqan həlak olub, 3-ü isə yaralanıb.