Nəhəng
izdihamlar ilk Afrikalı-Amerikalı prezidentin andiçmə mərasiminə baxmaq üçün
Vaşinqtonun Milli Xiyabanına toplaşıb.
Yüz minlərlə adam Kapitoli binasının qarşısındadır. Barak Obama İnaqurasiya gününə ondan əvvəlki
prezidentlər kimi başlayıb. Sent Cons
Yepiskop Kilsəsində səhər duası edən Obama, həyat yoldaşı Mişel, vitse
prezidenti Co Bayden və Cill Baydenlə birgə vəzifəsini tərk etməkdə olan
prezident Corc Buşla qəhvə içib. Şaxtalı
temperatura baxmayaraq inaqurasiya mərasimində bir milyondan çox adamın iştirak
edəcəyi gözlənilir. Mərasim üçün
musiqini ABŞ Dəniz Piyadaları Orkestri, vokalist Areta Franklin, violonçelist
Yo Yo Ma və skripkaçı İtzhak Perlman ifa edəcəklər.