Accessibility links

İnaqurasiya Paradı ilə Kapitolidən Ağ Evə


Yüz minlərlə insan ABŞ paytaxtı Vaşinqton şəhərində Kapitoli binası ilə Ağ Evi birləşdirən Pensilvaniya prospektinin iki tərəfinə toplaşıb. Onlar Amerikanın yeni prezidenti Barak Obamanın şərəfinə təşkil edilmiş inaqurasiya paradını izləyiblər. Cənab Obama və Mişel Obama güclü mühafizə olunan limuzinlə paradın önündə gedib. Parad müddətində Prezident və birinci xanım iki dəfə avtomobili tərk edərək piyada olaraq yeriyiblər. Daha sonra onlara Co Bayden və xanımı da qoşulub. Uzunluğu 2.5 kilometrdən çox olan Paradın keçdiyi Pensilvaniya Küçəsi Kapitoli binası ilə Ağ Evi birləşdirir. Bu küçənin bir ucunda qanunverici orqan yəni Kapitoli, digər ucunda isə icra orqanı - Ağ Ev yerləşir. Yəni Prezidentin İnaqurasiya Komitəsindən bildiriblər ki, paradda 13 min iştirakçı yer alıb. Onlar Marş ifa edən ansambllardan, rəqqaslardan və hərbi müdavimlərdən ibarət olub. Paradı izləmək üçün Pensilvaniya küçəsi ətrafına giriş erkən saatlardan bağlandığından tamaşaçıların sayı gözləndiyindən az olub.
XS
SM
MD
LG