Accessibility links

Sloveniya Xorvatiyanın Avropa Birliyinə qəbuluna mane olur


Avropa Birliyinin yüksək rəsmisi söyləyib ki,o, Sloveniyaya qonşu Xorvatiya ilə sərhəd problemlərini imkan daxilində müzakirə etmək üçün təklif verib. Avropa Birliyinin genişlənmə məsələləri üzrə komissarı Olli Rehn deyir ki,bu təklifi o,Sloveniyanın xarici işlər naziri Borut Pohora danışıqlar zamanı təqdim edib. Nazir isə öz növbəsində söz verib ki, ölkəsi bu təşəbbüsü nəzərdən keçirəcək. Amma heç bir tərəf detalları açıqlamayıb. Sloveniya rəsmisi təkrar etdi ki, onun ölkəsi Xorvatiyanın Avropa Birliyinə üzv olmasına veto qoymaq hüququndan istifadə barədə qərarını hələ dəyişməyib. Avropa Birliyinin üzvü olan Sloveniya keçən ay təşkilatın Xorvatiya ilə bir neçə məsələdə danışıqlara başlanmasına mane olmuşdu. Sloveniya Xorvatiyanın sərhət münaqişəsinin həlli barədə təklifi ilə razılaşmadığına görə belə hərəkət etdiyini bildirib.1991-ci ildən müstəqillik əldə edəndən bəri Sloveniya və Xorvatiya Piran körfəzi ətrafındakı sərhəd münaqişəsini həll edə bilmirlər.

XS
SM
MD
LG