Accessibility links

ABŞ prezidenti Barak Obama iqtisadi yardım paketinə dəstək qazanmağa çalışır


ABŞ prezidenti Barak Obama 825 milyard dollarlıq iqtisadi stimullaşdırma paketinə ictimai dəstək qazanmağa çalışır. Yeni prezident gələn ay səsverməyə qoyulacaq plana müxalif respublikaçıların dəstəyini qazanmaq üçün bu həftə Konrqesdə respublikaçı liderlərlə görüşəcək. Prezident kimi özünün İnternet vasitəsilə yayımlanan ilk radio müraciətində cənab Obama amerikalıları iqtisadi stimullaşdırma paketinin ölkənin maddi rifahının yüksəlməsinə xidmət edəcəyinə əmin edib. Lakin respublikaçı qannvericilər hakimiyyətdə olan Demokrat partyasının planın iqtisadiyyata kömək edə bilməyəcək maliyyə fondlarından ibarət olduğunu bildirirlər.

Respublikaçı senator Con Makkeyn bu gün Fox televiziyasına verdiyi müsahibədə deyib ki, plan yenidən yazılmalıdır. O hazırkı variantda plana səs verməyəcəyini deyib və bildirib ki, respublikaçılar nəzərdən keçirmək üçün öz təkliflərini irəli sürəcəklər.


XS
SM
MD
LG