Accessibility links

Əfqanıstan prezidenti ABŞ-ın reydini qınayıb


Əfqanıstan prezidenti Həmin Karzai ABŞ-ın ölkənin şərqində keçirdiyi reydi qınayıb. Əməliyyat nəticəsində16 mülki vətəndaş həlak olub.Prezident Karzai bu açıqlamanı Lağman vilayətində nümayişçilər mülki vətəndaşların ölümülə əlaqədar üçüncü gündür etiraz nümayişləri keçirdiyi vaxt verib. ABŞ-ın başçılığı ilə Əfqanıstandakı koalisiya qüvvələri şənbə günü başa çatdırılmış reydlə bağlı təhqiqata başlayıb.Koalisiya qüvvələri əməliyyat zamanı əsgərlərə hücum edildikdən sonra onlara qumbara atan qadın da daxil olmaqla ,15 yaraqlının öldürüldüyünü bildirir. Lakin Əfqanıstan rəsmiləri qadın və uşaqlar da daxil olmaqla, 22 nəfərə qədər insanın öldüyünü bildirirlər.Rəsmilər də öz növbəsində hadisə ilə bağlı təhqiqat aparır. ABŞ hərbi qüvvələrinin sözçüsü Assoşieyted Pres agentliyinə bildirib ki, ölənlər əsgərlərə atəş açan insanlar olublar

XS
SM
MD
LG