Accessibility links

ABŞ-ın hərbi vertolyotları İraqda qəzaya uğrayıb


Birləşmiş Ştatlar hərbi qüvvələrinin bildirdiyinə görə, koalisiya qüvvələrinin iki vertolyotunun bu gün İraqın şimalında qəzaya uğraması nəticəsində 4 əsgər həlak olub. Rəsmilər iki vertolyotun səhər tezdən, Kərkükdən 30 kim-lik məsafədə yerə düşdüyünü deyirlər.Qəzanınhansı səbəblərdən baş verdiyi məlum deyil. Lakin qəzanın düşmən tərəfindən törədildiyi barədə işarələr də yoxdur. ABŞ rəsmiləri təhqiqat aparıladığını bildirirlər. Qeyd edək ki, son zamanlar İraqda hava qəzaları tez-tez baş verir. Noyabr ayında da Mosul yaxınlığında vertolyotun qəzaya uğraması nəticəsində azı 7 nəfər həlak olmuşdu.

XS
SM
MD
LG