Accessibility links

ABŞ universitetlərində təhsil haqqı


Hazırda yalnız hökumətlər büdcəsindən narahat deyil. Maliyyə böhranı bir çox ailəyə və onların kolleclərə börclarını ödəməsinə təsir göstərib. Bugünkü təhsil proqramımızda ABŞ-da xarici tələbələrin ali məktəblərdə təhsil pulundan söhbət açacağıq. Məktəblərdə qiymətlər fərqlidir, ancaq dövlət kollecləri və universitetlər özəl ali təhsil ocaqlarına nisbətən daha ucuz olur. ABŞ-ın qərb sahilində böyük bir dövlət universitetinə nəzər salaq. Boulderdəki Kolorado Universitetində bu il 80-dən çox ölkəni təmsil edən 1200 xarici tələbə oxuyur.
Tina Tan beynəlxalq tələbələr üzrə xidmətin direktorudur. Onun sözlərinə görə, xarici tələbələr bu tədris ili üçün $4,200 ödəyir. Universitet gələn il üçün təhsil haqqının 400 dollar qalxacağını bildirib. Universitet xarici tələbələrə maliyyə yardımı təklif etmir. Bu, Amerikada əsasən bakalavr dərəcəsində həqiqəti əks etdirir. Federal və ya dövlət maliyyə yardımı yalnız Amerika vətəndaşlarına şamil oluna bilər.
Bununla yanaşı, Kolorado Universiteti xarici tələbələrə bəzi yardımlar təklif edir. Misal üçün, universitet 4 il ərzində tələbələrin təhsil haqqının dəyişməyəcəyinə təminat verir. Təhsil ocağı habelə hər il qeyri-adi bacarığa və qabiliyyətə malik 4 xarici tələbəyə təqaüd ayırır.
Tina Tanın sözlərinə görə, federal hökumət tələb edir ki, xarici tələbələr oxuyacaqları ilk tədris ilinin pulunu necə ödəyəcəklərini müraciət ərizəsində göstərsinlər. Bəzi kolleclər isə əcnəbi tələbələrdən 4 illik təhsil haqqını necə ödəyəcəkləri barədə məlumat tələb edir. Təhsil üzrə məsləhətçilər deyir ki, bundan başqa qeyri-amerikalı tələbələrin bank hesablarında ən azı iki aylıq xərclərini ödəyə biləcək qədər pulu olmalıdır. Xərclər deyərkən buraya təhsil haqqından başqa yaşayış, yemək, kitablar və ictimai fəaliyyətlər daxil olmaqla bir çox başqa sahələr daxildir. ABŞ-da immiqrasiya qaydaları xarici tələbələrə Amerikada işləməyə icazə vermir.
XS
SM
MD
LG