Accessibility links

Kürdüstan Demokratik Partiyasının ofisi yaxınlığında partlayış olub


Bu gün İraqda Kürdüstan Demokratik Partiyasının ofisi yaxınlığında bomba hücumu həyata keçirilib. Mosuldan alınan xəbərdə deyilir ki, hücum nəticəsində 3 İraq əsgəri həlak olub. Əl-Qaidə yaraqlılarının nəzarətini əllərində saxlayan şəhərdə həyata keçirilən hücumun məsuliyyətini üzərinə götürən olmayıb. Bağdadda da bu gün İraq rəsmilərinin təhlükəsizlik konvoyuna qarşı bomba hücumu həyata keçirilib. Milli Gömrük İdarəsinin rəhbəri, general-mayor Əhməd Əl-Attiyanın xəsarət almadığı, lakin onun 3 cangüdəninin yaralandığı bildirilir.

XS
SM
MD
LG