Accessibility links

Peter Semnebi 'Amerikanın səsi'nin Azərbaycan xidmətinə şərh verdiyini inkar edir


Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Peter Semnebi Azərbaycan hökumətinin xarici tele-radio yayımlarını qadağan etməsi ilə bağlı "Amerikanın səsi"nin Azərbaycan xidmətinə şərh verdiyini inkar edir.

2008-ci il dekabrın 31-də Azərbaycan redaksiyasının veb səhifəsində Avropa Birliyi rəsmilərinin reaksiyaları və şərhlərinə yer verilən məlumat yayılmışdı. Məlumatda Avropa Birliyi komissarının sözçüsü Kristin Hohmann və Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Peter Semnebiyə istinad edilmişdi. Avropa Birliyinin Xarici Əlaqələr Şöbəsinin rəhbəri Havier Solananın da ötən ilin dekabr ayının 31-də Azərbaycan hökumətinin qərarına təəssüfü bildirilən bəyanat açıqlanmışdı.

Məlumatda cənab Semnebinin "Sanki soyuq müharibə dövrünün radio dinləmək üsuluna qayıdırıq. Bu isə 21-ci əsr üçün təssüfləndiricidir" - dediyi bildirilmişdi. "Amerikanın səsi"nə ünvanladığı məktubda cənab Semnebi deyilənlərin nə Avropa Birliyi, nə də ki, onun şəxsi mövqeyini və ya fikrini əks etdirdiyini yazıb.

XS
SM
MD
LG