Accessibility links

Israilin hava qüvvələri Misirlə sərhəddəki tuneli bombalayıb


İsrailin hərbi təyyarələri bu gün Qəzza Zolağı ilə Misir arasındakı sərhəd yaxınlığındakı tuneli bombalayıb. İsrailin bildirdiyinə görə, bu əməliyyatlar bir İsrail əsgərinin ölümü ilə nəticələnən bomba hücumundan bir gün sonra həyata keçirilib. Hava hücumları Qəzzanın cənubunda yaşayan fələstinlilərin evlərindən qaçmalarına səbəb olub. Qəzza yaraqlılarının da bu gün İsrailin cənubunu raket atəşinə tutduğu bildirilir, lakin xəsarət alanlar barədə məlumat verilmir. Həmas yaraqlı qrupu bütün qarşıdurmalarda İsraili günahlandırır. Bunlarla yanaşı xəbər verilir ki, İsrailin müdfafiə naziri Ehud Barak regiondakı vəziyyəti müzakirə etmək üçün sabah Vaşınqtona planlaşdırdığı səfərini təxirə salıb.

XS
SM
MD
LG