Qeyri-rəsmi mənbələrin bildirdiyinə görə, Urmiyə şəhər Məhkəməsi 4 urmiyəli futbol azarkeşini “separatçılığı
dəstkləməkdə” ittiham edərək məhkəməyə çağırıb. Urmiyə məhkəməsinin 104-cü
şöbəsi tərəfindən Səid Mahmudi, Yavər Şərifi, Əli Əkbəri və Məhəmməd Şərifiyə çağırış
vərəqələri göndərilərək, məhkəmə araşdırmasına çağırıldıqları bildirilib. İranın
təhlükəsizlik orqanları futbol azarkeşlərini “Separatçılara dəstək”də və
cinayət məcəlləsinin “ ictimai asayışı pozmaq” maddəsi ilə ittiham edir.
Ötən ilin sentyabrında İran, İraq, Azərbaycan və Türkiyənin futbol
komandaları arasında dostluq oyunları zamanı
bir qrup yerli vətəndaş Azərbaycan dövlət bayrağını qaldıraraq, Azərbaycan
Respublikasının milli futbol komandasına azarkeşlik ediblər. Onların həm də Azərbaycanla bağlı bir sıra dəstəkləyici
şüarlar səsləndirdikləri bildirilir. Bununla razılaşmayan İranın təhlükəsizlik
orqanı-Ettelaat əməkdaşları və yerli polis isə yarışın ardınca onlarla yerli
azərbaycanlını həbs etmiş, bir neçə vətəndaşa qarşı cinayət işləri qaldırmışdır.
Urmiyə məhkəməsinə çağrılanlardan biri, Səid Mahmudi isə Urmiyənin Şəhriyar Mədəni-İctimai
Birliyinin qurucularındandır. O, ötən il dekabrın 12-də 21 Azər hərəkatının
ildönümü zamanı Azərbaycan türkcəsinin rəsmi dövlət dili elan edilməsinə
çağıran vərəqələr paylamaqda günahlandırılaraq həbs olunmuşdu. 1 aya yaxın
həbsdə saxlanılan Səid Mahmudi, 20 milyon tümən girov qoymaqla yenicə müvəqqəti
zaminə buraxılıb.
Bir neçə gün öncə, Urmiyəli hakim cənab Nəzəri, “ictimai asayışı pozamaqda” ittiham olunan futbol azarkeşlərindən biri, Puria Həzrətinin günahsız olduğuna dair bəraət hökmü çıxarıb.
Bir neçə gün öncə, Urmiyəli hakim cənab Nəzəri, “ictimai asayışı pozamaqda” ittiham olunan futbol azarkeşlərindən biri, Puria Həzrətinin günahsız olduğuna dair bəraət hökmü çıxarıb.