Accessibility links

Rusiya Kalininqradda raket yerləşdirmək niyyətini yenidən təkrarladı


Rusiya Müdafiə Nazirliyinin rəsmiləri Moskvanın Kalininqrad anklavında raketlərin qurulmasına dair planlarının dayandırılması barədə yerli mətbuatın xəbərlərini təkzib edib.

Nazirlik rəsmisi deyib ki, İsgəndər sistemlərinin yerləşdirilməsi üzrə işlər başlamadığı üçün həmin işlərin dayandırılmasından söhbət gedə bilməz.

Daha əvvəl Rusiya müdafiə nazirliyinin rəsmisi İnterfax agentliyinə bildirib ki, Moskva ABŞ-ın yeni prezidenti Barak Obama administrasiyasının Polşa və Çexiyada raket əleyhinə müdafiə sistemi quraşdırmaq işini sürətləndirməməsini nəzər alaraq, Kalininqradda quraşdırmalı olduğu İsgəndər sistemi ilə bağlı planlarını müvəqqəti olaraq dayandırır.

Mətbuat Rusiya rəsmilərinə istinadən yazıb ki, Ağ Evin bu işdə tələsmədiyi "ümidverici" siqnaldır .

Amerikanın israrlarına baxmayaraq, Rusiya hesab edir ki, Mərkəzi Avropada raket sistemi üçüncü ölkələrə deyil, məhz onun təhlükəsizliyinə hədə törədir.

Avropada raket sistemi qurmaq təşəbbüsü Corc Buş Administrasiyası tərəfindən İran kimi ölkələrdən yarana biləcək təhlükələrin qarşısını almaq zərurəti ilə izah olunurdu.

XS
SM
MD
LG