Accessibility links

Taliban Qəndəhar vilayətində fəaliyyətini davam etdirməkdədir


Əfqanıstan polisinin bildirdiyinə görə, ölkənin cənubundakı Qəndəhar vilayətində yol kənarına yerləşdirilmiş bomba partlayışı maşında olan 4 nəfərin ölümünə, 5-nin yaralanmasına səbəb olub. Polis hücumun məsuliyyətini ərazidə olan Taliban yaraqlılarının üzərinə atır. Yol kənarına bomba yerləşdirən Taliban yaraqlılarının hədəfi Əfqanıstan və xarici hərbi qüvvələrdir. Əfqanıstan rəsmiləri eləcə də bildirirlər ki, dünən Herat vilayətində Taliban yaraqlıları tərəfindən polis idarəsinin tikintisində işləyən 9 nəfər inşaat işçisi oğurlanıb.

XS
SM
MD
LG