Accessibility links

Əfqanıstanda yenidənqurma işləri ləng gedir


ABŞ hökumətinin nəzarət agentliyi deyir ki, Əfqanıstanın yenidənqurma proqramının məqsədlərinə nail olmaq üçün davamlı strategiyası yoxdur. ABŞ Konqresinin Əfqanıstanda yenidənqurma işlərinə nəzarət edən Xüsusi İnspektorluğunun açıqladığı hesabatda deyilir ki, ABŞ-ın humanitar yardımlar üçün ayırdığı 32 milyard dolların hamısı xərclənməyib. Digər dövlətlər isə 25 milyard dollar ianə verib. Hesabat aşkar edib ki, yenidənqurma səyləri tamamlanmayıb, və ABŞ məqsədlərinin reallaşması planlarında boşluqlar yaranıb. Bu məqsədlərə Əfqanıstan infrastrukturunun bərpası, siyasi institutların yenidən təsis edilməsi, əfqan xalqının lazımı xidmətlərlə təmini və yenidənqurma işləri üçün önəmli olan təhlükəsizliyin gücləndirilməsi daxildir.
XS
SM
MD
LG