Accessibility links

Qaz böhranı Rusiyaya etimada zərbə endirib


Bir az əvvəl Rusiya və Ukrayna təbii qazın Qərbi Avropaya ötürülməsi ilə bağlı razılıq əldə etdilər. Bu saziş Moskvanın regiona qaz nəqlini 13 günlük dayandırmasına son qoydu. Moskva ilə Kiyev arasında təbii qaz nəqli ilə bağlı ilk münaqişə 3 il bundan öncə baş vermişdi.Bəzi analistlər təqvimə baxaraq qabaqcadan Rusiya ilə Ukrayna arasındakı növbəti böhranı proqnozlaşdıra bilər. Əgər yanvar ayıdırsa onda demək ölkələr arasında mübahisə yaranacaq.

Rusiya bu dəfə də yanvarın 1-də qiymət narazılığını əsas gətirərək Ukraynaya qaz satışını dayandırdı. Sonradan, yanvarın 7-də Ukrayananı Avropaya ötürülən qazı oğurlamaqda ittiham edərək Kreml bütün qaz ötürülməsini dayandırdı. Ukrayna prezidenti Viktor Yuşçenko Moskvanın iddialarını rədd etdi.Mübahisə nəhayət yanvarın 19-u başa çatdı. Lakin o vaxtadək artıq bir neçə Avropa ölkəsi qışın oğlan çağında qazsız qalmışdı.

Avropa təbii qazının dörddə birini Rusiyanın qaz monopoliyası olan Qazpromdan alır. Rusiyanın Qərbə ötürdüyü qazın 80 faizi Ukrayna ərazisindən keçir. Finlandiya, Macarsıtan, Slovakiya, Makedoniya, Bolqarıstan, və Baltik dövlətləri Rusiyanın bu hərəkətindən ən çox ziyan çəkdilıər belə ki, onlar rus qazından tamamilə asılı vəziyyətdədirlər.Rusiya ilə Urkayna arasında qaz nəqli ilə bağlı ilk qalmaqal 2006-cı ilin yanvarında baş vermişdi. Həmin vaxt Avropada qaz dayandırmaları minimal idi və münaqişə 3 günün ərzində həll olundu.

Londonda yerləşən Avropa İslahatları Mərkəzinin eksperti Katinka Barış deyir ki, o zaman siyasi iqlim fərqli idi. 2006-cı ildə bu mübahisə yarananda Avropalılar yalnız Rusiyanı günahlandırırdı. Belə bir təsəsvvür var idi ki, Moskva Narıncı İnaqilabın hakimiyyətə gətirdiyi deümokratik qüvvələrlə yola getmək istəmir. Lakin sonradan Ukrayna siyasi liderlərin bir biri ilə mübarizə aparması və Ukrayna rəhbərliyinin yerli oliqarxlarla sıx əlaqələri Avropada xoş məramı aradan götürdü. İndi isə Avropalılar heç bir tərəfə etimad göstərmir.Son böhranın axırında Ukrayna və Rusiya 10 illik saziş əldə etdilər. Rəsmilər bildirir ki, bu, qaz təchizatı ilə bağlı problemin uzun müddətdə həll edildiyini göstərir.

Lakin Harvard Universitetindən Marşal Goldman bu növ optimizə şübhə ilə yanaşır. Onun sözlərinə görə əgər ölkə liderləri bir–birinə düşmən münasibət bəsləyirsə onda bu növ problemlər gələcəkdə də meydana çıxa bilər. “Növbəti 10 il ərzində münaqişənin baş verməməsi təəccüb doğurardı,” deyə o, bildirir.Qoldman və başqaları söyləyir ki, son böhran Avropanın Rusiyadan qazla bağlı asılılığını azaltmasının vacibliyini nümayiş etdirir. Təhlilçilər Avropaya qısa bir zamanda Rusiyaya alternativ enerji mənbələri tapmağı məsləhət görür.
XS
SM
MD
LG